Microsoft 365

Microsoft 365
Loqonun şəkli
Tipi onlayn xidmət[d], xidmət kimi proqram təminatı
Tərtibatçı Microsoft
Əməliyyat sistemi Microsoft Windows
Yayımlanma tarixi 1 oktyabr 2010
Sayt office365.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Microsoft 365 — "Microsoft" tərəfindən istifadəyə verilən məhsuldarlıq proqram təminatı, iş birliyi və bulud əsaslı xidmətlər toplusu. "Outlook.com", "OneDrive", "Microsoft Teams" və öncələri "Microsoft Office" adı altında birləşdirilən bir sıra tətbiqləri (məsələn, "Word", "Excel", "PowerPoint" və "Outlook", biznes məhsulları və bu məhsullarla əlaqədar xidmətləri) "Exchange Server", "SharePoint" və "Yammer"i özündə birləşdirir. Bu, həmçinin, həmin məhsulları əhatə edən abunə planlarını, o cümlədən masaüstü və mobil proqram təminatına abunə əsaslı lisenziyaları, yerləşdirilən e-poçt, eləcə də intranet xidmətlərini əhatə edir.

"Office 365" brendinqi 2010-cu ildə korporativ bazar üçün xidmət platforması kimi abunə əsaslı proqram təminatına aid edilməsi üçün təqdim olunmuşdur. Bura "Exchange", "SharePoint", "Lync Server" və "Office" kimi yerləşdirilən xidmətlər daxildir. Bəzi planlara "Microsoft Office 2010" proqramı üçün lisenziyalar da daxildir. "Office 2013" xidmətinin buraxılmasından sonra "Microsoft" sözügedən xidməti "Microsoft Office" paketi üçün əsas paylanma modeli kimi tanıtmağa başlamışdır. Şirkət "OneDrive" və "Skype" kimi xidmətlərlə inteqrasiya edilən istehlakçı yönümlü planlar əlavə etmiş, xüsusiyyətlərin yenilənmələrinin davam etdiyini vurğulamışdır (abunə olmayan lisenziyalardan fərqli olaraq, burada yeni versiyalar yeni lisenziyanın alınmasını tələb edir və xüsusiyyət yeniləmələrini qəbul etmir).

2017-ci ilin iyul ayında "Microsoft" korporativ bazar üçün "Microsoft 365" kimi tanınan ikinci abunə xidmətləri brendini təqdim etmişdir. Bu, "Office 365"i "Windows 10 Enterprise" həcmli lisenziyaları, digər bulud əsaslı təhlükəsizlikcihaz idarəetmə məhsulları ilə birləşdirir. 21 aprel 2020-ci ildə "Office 365" xidməti "Microsoft 365" olaraq rebrendinq edilmişdir. Bu, əsas "Microsoft Office" proqram ailəsindən (bulud əsaslı məhsuldarlıq alətləri və süni intellekt xüsusiyyətləri daxil olmaqla) kənara çıxan məhsulların və xidmətlərin hazırda fəaliyyət göstərən xidmətlərini vurğulamaq üçün həyata keçirilmişdi.[1] "Office 365" adlanan məhsulların əksəriyyəti eyni gündə "Microsoft 365" olaraq dəyişdirilmişdir. 2022-ci ilin oktyabrında "Microsoft" 2023-cü ilin yanvarına kimi "Microsoft Office" brendini dayandıracağını elan etmişdir. Onun məhsulları və onlayn məhsuldarlıq xidmətlərinin əksəriyyəti ilk növbədə "Microsoft 365" brendi altında satışa çıxarılacaq.

  1. "Microsoft Office 365 is a part of Microsoft 365". www.microsoft.com (ingilis). 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy